Notarial hərəkətləri
Konsulluq aşağıdakı notariat əməliyyatlarını aparır:
1)Azərbaycan Respublikası әrazisindә olan yaşayış evlərinin girov qoyulması vә özgәninkilәşdirilmәsi hallarına aid olan müqavilәlәr istisna olmaqla әqdlәri (müqavilәləri, vəsaitləri) tәsdiq edir;
2) miras əmlakın qorunması üçün tәdbirlər görür;
3) vәrəsәlik hüququ haqqında şәhadәtnamә verir;
4) әr-arvadın ümumi әmlakından paya mülkiyyәt hüqüqu haqqında şәhadәtnamә verir;
5) sәnәdlәrin surәtlərinin vә onlardan çıxarışların düzgünlüyünü tәsdiq edir;
6) sәnәdlәrdәki imzanın hәqiqiliyini tәsdiq elir;
7) sәnәdlәrin bir dildәn başqa dilә tərcümәsinin düzgünlüyünü tәsdiq edir;
8) vətəndaşın sağ olması faktını tәsdiq edir;
9) vәtәndaşın müәyyәn yerdə olması faktını təsdiq edir;
10) vətəndaşla fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
11) sənədlərin təqdim edilmə vaxtını təsdiq edir;
12) pul vəsaitini və qiymətli kağızları depozitə qəbul edir;
13) icra qeydləri aparır;
14) sənədləri saxlamaq üçün qəbul edir;
15) sübutlar gətirilməsini təmin edir;
16) dəniz protestləri verir.
Azərbaycan Respublikasının qanunvericiliyində konsulun digər notariat əməliyyatları aparması da nəzərdə tutula bilər.