Səfirin tərcümeyi-halı

Anar Abel oğlu Məhərrəmov

Fövqəladə və Səlahiyyətli Səfir

 

 

Doğum tarixi və yeri: 12 fevral 1978  - Bakı şəhəri, Azərbaycan Respublikası

 

Təhsil:

1994-1998           - Bakalavr, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi, Bakı Dövlət Universiteti

1998-2000           - Magistr, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi, Bakı Dövlət Universiteti

2001-2004           - Magistr, Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası

 

Elmi dərəcə və adları:       

2004                    - Hüquq elmləri namizədi

2012                    - Dosent, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası, Bakı Dövlət Universiteti

2013                    - Hüquq üzrə elmlər doktoru

2017                    - Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası üzrə Professor

 

Beynəlxalq təlim və kurslarda iştirak:

1999-cu ildə - Fransanın  Nitsa Sofiya-Antipolis Universitetində fransız dili üzrə kursları müvəffəqiyyətlə bitirmişdir

2002-ci ildə - Avstriyanın Vyana Diplomatik Akademiyasında beynəlxalq hüquq və münasibətlər üzrə kursları müvəffəqiyyətlə bitirmişdir

2003 -  İtaliyanın San-Remo şəhərində Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən təşkil edilmiş kursları müvəffəqiyyətlə bitirmişdir

 

Əmək fəaliyyəti   

 

2000-2006            - Referent, Attaşe, Üçüncü katib, İkinci katib, Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

2006-2010            - İkinci katib, Birinci katib, Müşavir, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi

2010-2013            - İdarə rəisinin müavini, Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

2013-2016            - İdarə rəisi, İkinci Avropa İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

05 aprel 2016-cı il tarixindən 19 aprel 2021-ci ilədək – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Azərbaycan Respublikasının İspaniya Krallığında, eyni zamanda Andorra Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri.

06 dekabr 2016-cı il tarixindən 19 aprel 2021-ci ilədək – Azərbaycan Respublikasının Ümumdünya Turizm Təşkilatı yanında (mənzil-qərargahı Madrid şəhərində yerləşir) Daimi Nümayəndə

26 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Estoniya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

 

Xarici dillər:        İngilis, ispan, türk, rus – sərbəst, fransız-yaxşı

 

Ailə vəziyyəti:     Evlidir, dörd övladı var.

 

 

Arxiv üzrə axtarış