Elektron növbə
Səfirliyin konsulluq bölməsində göstərilən xidmətlərlə əlaqədar əvvəlcədən növbə təyin edilməsi üçün müraciətçilər https://appointment.mfa.gov.az internet səhifəsində elektron növbə götürməlidirlər.
Elektron növbə ilə bağlı onlayn müraciətinizi tamamladıqdan sonra əlaqə vasitəsi olaraq sistemə qeyd etdiyiniz elektron poçt ünvanına təsdiq barədə bildiriş daxil olacaqdır.
Təsdiq ilə bağlı elektron poçt bildirişi gəlmədiyi halda daxil etdiyiniz elektron poçt ünvanını bir daha yoxlayın. Daxil etdiyiniz elektron poçtunuzun "Spam" qovluğunu yoxlayın. Yarana biləcək digər suallarla bağlı Səfirliyin konsulluq bölməsi ilə əlaqə (+372 640 50 56) saxlaya bilərsiz.
Təsdiq məqsədilə sizə göndərilmiş elektron poçtda ləğv et bölməsini seçməklə elektron növbənizi ləğv edə bilərsiniz. Bundan sonra yenidən elektron növbə üçün onlayn müraciət edə bilərsiniz.
Müraciət olunacaq hər bir konsulluq xidməti üçün əlavə elektron növbə götürülməlidir.
Əgər elektron növbəniz sizin müraciətiniz olmadan ləğv edilibsə, o zaman Səfirliyin konsulluq bölməsi ilə əlaqə (+372 640 50 56) saxlayın.
Ailə üzvlərinizlə gəlib fərqli konsulluq xidmətləri üçün müraciət edirsinizsə, bu halda xidmətdən asılı olaraq hər bir ailə üzvü üçün ayrı elektron növbə götürülməlidir.
Bir neçə vətəndaşlığınız varsa və ya vətəndaşlığınız yoxdursa sorğudakı "Vətəndaşlıq" bölməsində təqdim edəcəyiniz sənədi rəsmiləşdirən dövlətin vətəndaşlığı və müvafiq olaraq "vətəndaşlığı olmayan şəxs" qeyd olunmalıdır.