Səfirin müraciəti

Hörmətli izləyicilər,

 

Sizi Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin internet səhifəsində salamlayıram.

 

İnternet səhifəmiz Azərbaycan və ölkəmizin Estoniya ilə əlaqələri haqqında ümumi məlumatı təqdim edir. Səhifəmizdə həmçinin, konsulluq və viza məsələləri bölməsi, Azərbaycanla bağlı xəbərlər, eləcə də Azərbaycanla əlaqədar bir neçə digər informasiya mənbələrinə keçidlər təqdim edilir.

 

Azərbaycan və Estoniya arasında diplomatik əlaqələr 20 aprel 1992-ci il tarixində qurulmuşdur. Hər iki ölkə qarşılıqlı siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır.

 

Əlaqələrin qurulduğu dövrdən hər iki ölkə səmimiyyət, dostluq, qarşılıqlılıq və faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalıblar. Bu gün bu əlaqələr uğurla inkişaf edir.

 

Ümid edirəm ki, internet səhifəmiz Azərbaycan-Estoniya münasibətlərinin son inkişaf dinamikasını nəzərdən keçirməyə, o cümlədən Səfirliyimizin cari fəaliyyəti haqqında daha çox məlumat əldə etmək üçün vacib bir platforma olacaqdır.

 

İnternet səhifəmizi izlədiyiniz üçün təşəkkür edirəm.

 

Hörmətlə,

Anar Məhərrəmov

Azərbaycan Respublikasının Estoniya Respublikasında

Fövqəladə və Səlahiyyətli Səfiri

Arxiv üzrə axtarış