Ümumvətəndaş pasportu

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi qaydaları

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

1. Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud gələcəkdə tətbiq olunacaq fərdi identifikasiya kartı);

2. Müddəti bitmiş ümumvətəndaş pasportu (əsli) və AR şəxsiyyət vəsiqəsinin əsli (etibarlılıq müddəti bitməmiş);

3. Ərizə-anket (18-yaşı-tamam-olmuş.pdf ) (18-yashı-tamam-olmamış.pdf );

4. Ərizə-müraciət (Nümunə);

5. Ölkədə daimi/müvəqqəti yaşayış hüququnu, təhsil aldığını, işlədiyini təsdiq edən sənəd.

6. Dövlət rüsumunun ödənişi barədə qəbz.

 

Pasport 18 yaşı tamam olmamış vətəndaşlara verildikdə isə yuxarıda qeyq olunmuş sənədlərdən əlavə olaraq:

 

- doğum haqqında şəhadətnamə (Azərbaycandan kənarda verilmişdirsə, tərcümə və leqalizə edilmiş sənəd);

- qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi təqdim edildikdə bu sənəd tələb olunmur); 

- valideyinlərin pasportlarının surətləri, valideyinlərin təsdiq edilmiş razılıq məktubu (Nümunə).

 

Dövlət rüsumları:

 

Azərbaycan Respublikaının Estoniya Respublikasındakı Səfirliyinə

Konsulluq hərəkətə görə -  25 ABŞ dolları (avro kursuna nisbətdə) 

  

Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyinin hesabı:

Bank: Luminor Bank AS

Account nr: 17003229185

IBAN: EE281700017003229185

Swift code: NDEAEE2X

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə:

 

1 yaşınadək uşaqlar üçün - 15 manat

1 yaşından – 3 yaşınadək uşaqlar üçün - 25 manat

3 yaşından – 18 yaşınadək uşaqlar üçün - 35 manat

18 yaşı tamam olmuş vətəndaşlar üçün-  60 manat

Qeyd: Hər iki halda ödəniş edilərkən mütləq pasport rəsmiləşdirilən şəxsin adı və şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilməlidir. Qəbzlər isə Səfirliyə təqdim edilməlidir.

Pasport sahibləri pasportlarının itirilməsi və oğurlanması ilə əlaqədar yaxınlıqdakı polis departamentinə müraciət edərək, bu barədə müvafiq məktubu Səfirliyə təqdim etməlidirlər.

 Qeyd: Yeni nəsil biometrik pasportların Səfirlik vasitəsilə rəsmiləşdirilməsi  təqribən 2-4 ay çəkə bilər.

 

 

Arxiv üzrə axtarış