2020-03-17

ESTONİYA RESPUBLIKASINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DİQQƏTİNƏ!

  • Koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı Estoniya Respublikası ərazisində 2020-ci ilin 12 mart tarixindən 01 may tarixinə qədər fövqəladə vəziyyət elan edilmişdir.
  • Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Estoniya Hökuməti 2020-ci ilin 17 mart tarixindən etibarən dövlət sərhədində nəzarətin bərpa edilməsi barədə qərar qəbul etmişdir.

        Hazırda, yalnız Estoniya vətəndaşları, yaşamaq icazəsinə malik olan şəxslər, habelə ailələri Estoniyada yaşayan xarici vətəndaşlar ölkə ərazisinə daxil ola bilərlər. Ölkəyə daxil olan hər bir şəxs, gəldiyi gündən etibarən 14 gün ərzində yaşadığı ünvan üzrə karantində olmalıdır.

  • Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Estoniya Hökuməti 2020-ci ilin 17 mart tarixindən etibarən Şengen vizasının, habelə uzunmüddətli vizanın alınması üçün müraciətlərin qəbulunu müvəqqəti olaraq dayandırmışdır. Vizaların alınması üçün müraciətlərin edilməsi aşağıdakı istisna hallarda mümkündür:

        - Humanitar əsaslar;

        - Yük və materialların beynəlxalq daşınması;

        - Fövqəladə vəziyyətin idarə edilməsi üçün vacib hesab olunan tibbi və digər xidmətlərin göstərilməsi;

        - Valideynləri, uşaqları və ya həyat yoldaşı Estoniya vətəndaşı və ya Estoniyada yaşamaq icazəsi olduğu şəxslər tərəfindən vizaya müraciət edilə bilər;

        - Fövqəladə vəziyyətin elan edildiyi dövr ərzində əvvəl verilmiş və etibarlı vizalar ilə Estoniyaya daxil olmaq mümkün olmayacaqdır.

Ətraflı: https://vm.ee/en/news/estonia-temporarily-suspends-issuing-schengen-visas

  • Koronavirus (COVID-19) infeksiyası ilə bağlı Estoniya Respublikası Hökuməti tərəfindən yayılan rəsmi məlumatlara və tövsiyələrə ciddi şəkildə əməl edilməsi tövsiyə olunur. Koronavirus (COVID-19) infeksiyasının Estoniyada yayılması, habelə Estoniyanın dövlət sərhədində hazırda tətbiq edilən rejim ilə bağlı son məlumatları aşağıdakı internet səhifələrdən əldə etmək olar:

Estoniya Respublikasının Hökuməti:

https://www.valitsus.ee/en/emergency-situation-estonia

https://www.valitsus.ee/en/news/estonia-temporarily-reintroduces-border-controls-whole-border

Estoniya Respublikasının Xarici İşlər Nazirliyi:

https://vm.ee/en

https://vm.ee/en/coronavirus-2019-ncov

Estoniyanın Respublikasının Səhiyyə Departamenti:

https://www.terviseamet.ee/en/covid19

Estoniyanın Respublikasının Polis və Sərhəd Departamenti:

https://www.politsei.ee/en

  • Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyi ilə yanaşı, Estoniyanın dövlət sərhədinin keçməsi ilə bağlı hər hansı bir konkret suala əlavə aydınlıq gətirilməsi üçün Estoniyanın polis və sərhəd müdafiəsi Departamentinin +372 612 30 00 nömrəsi ilə, habelə +372 5301 9999 nömrə vasitəsilə 24 saat ərzində fəaliyyət göstərən yardım xidməti ilə əlaqə saxlamaq da tövsiyə edilir; 
  • Koronavirus (COVID-19) infeksiyasına dair hər hansı sual olacağı, eyni zamanda vətəndaşın həmin xəstəliyə yoluxmaya şübhəsi olduğu təqdirdə, öz ailə həkimi və ya 1220 telefon nömrəsi vasitəsilə ailə həkimləri məsləhətxanası ilə əlaqə saxlanılmalıdır. Zərurət yarandığı təqdirdə, 112 nömrəsi ilə təcili tibbi yardım xidmətinə müraciət edilməlidir; 
  • Vətəndaşlarımız arasında yoluxma riskinin mümkün qədər azaldılması məqsədilə şəxsi gigiyena və təmizlik qaydalarına ciddi əməl edilməsi, ictimai nəqliyyatdan mümkün qədər az istifadə olunması, insanların çox toplaşdıqları qapalı və açıq məkanlara gedilməməsi, dezinfeksiya tərkibli məhlullardan tez-tez istifadə edilməsi tövsiyə olunur; 
  • Mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində konsulluq məsələləri ilə bağlı müraciətlərə aşağıda göstərilən telefon nömrələri vasitəsilə vaxt təyin edilərək baxılacaqdır: 

+372 6405050

+372 53606698  

  • Estoniya Respublikası ərazisində fövqəladə vəziyyətin elan edildiyini nəzərə alaraq, Estoniyada yaşayan, təhsil alan və ya müvəqqəti olaraq ölkədə səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ cavablandırılması məqsədilə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində aşağıdakı 24 saat “Qaynar xətt” açılmışdır: 

+372 6405050

+372 53606698  

  • Yaranmış fövqəladə vəziyyətdə vətəndaşlarımızın operativ qaydada məlumatlandırılması məqsədilə Estoniyada daimi və ya müvəqqəti yaşayan, lakin konsulluq qeydiyyatında hələ də olmayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində aşağıdakı elektron poçt və ya telefon nömrələri vasitəsilə konsulluq qeydiyyatına düşmələri tövsiyə olunur: 

tallinn@mission.mfa.gov.az

+372 6405050 
+372 53606698

Konsulluq qeydiyyatına düşmək üçün tələb olunan sənədlərin siyahısı ilə aşağıdakı internet səhifədən tanış olmaq olar:

http://tallinn.mfa.gov.az/az/content/41

Arxiv üzrə axtarış