2019-05-28

28 may - Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibəti ilə “Hilton Tallinn Park” mehmanxanasında rəsmi qəbul keçirilmişdir

Azərbaycanın Estoniyadakı Səfirliyi 28 May - Respublika Günü, habelə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının qurulmasının 100 illik yubileyi münasibətilə “Hilton Tallinn Park” mehmanxanasında rəsmi qəbul keçirib. Qəbulda Estoniya Respublikasının sabiq prezidenti Arnold Rütel, parlamentin üzvləri, hökumət nümayəndələri, Tallinndə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, jurnalistlər, görkəmli ictimai və mədəniyyət xadimləri, iş adamları, Estoniyanın Azərbaycan, yəhudi, tatar, gürcü icmalarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Murad Nəcəfbəyli Respublika Gününün əhəmiyyəti, həmçinin Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaradılması və tarixi haqqında məlumat verib. O qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan bu illər ərzində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizinin işğal olunmasına, etnik təmizləmə nəticəsində bir milyondan çox Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, siyasi, iqtisadi, sosial və diplomatik sahələrdə böyük nailiyyətlər əldə edib. Bütün bu uğurlarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzası var.

Səfir diqqətə çatdırıb ki, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasət ölkəmizin davamlı inkişafını təmin edir. O, Azərbaycanın son 28 il ərzində beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi göstərdiyini, regional inkişafa, təhlükəsizliyə, sabitliyə, eləcə də multikulturalizmə töhfə verdiyini nəzərə çatdırıb. Həmçinin səfir, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunacağını vurğulayıb.

Tədbirdə Azərbaycanın mədəniyyətini əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub, milli musiqimiz səsləndirilib.

Arxiv üzrə axtarış