2016-03-08

8 mart 2016-cı il tarixində Estoniyanın hökumət evi “Stenbock House”da Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Estoniya Respublikasının Baş naziri Taavi Riyvas ilə görüşmüşdür.

Azərbaycan Respublikasının

Estoniya Respublikasındakı Səfirliyinin

 

MƏTBUAT RELİZİ

 

Tallin, 8 mart 2016-cı il

 

8 mart 2016-cı il tarixində Estoniyanın hökumət evi “Stenbock House”da Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Estoniya Respublikasının Baş naziri Taavi Riyvas ilə görüşmüşdür.

Azərbaycan Səfiri Estoniya Baş nazirinə Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyət ilə bağlı həqiqətlər və ölkə prezidenti İlham Əliyevin başçılığı altında Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə məlumatlandırmışdır. Səfir, Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini, digər ölkələrlə bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu siyasətin həyata keçirdiyini vurğulamışdı. 

Səfir M.Nəcəfbəyli cənab T.Riyvasa Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə məlumat vermiş, Ermənistanın Azərbaycana qarşı  təcavüzünün davam etməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20% işğal edilməsi və nəticədə bir milyondan artıq Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eyni zamanda Ermənistanın münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların imitasiya etdiyi barədə məlumat vermişdir. 

İkitərəfli münasibətlərə gəldikdə isə tərəflər Azərbaycan-Estoniya arasında siyasi sahədə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edərək, iqdisadi əlaqələrin hazırki vəziyyəti və gələcək inkişaf perspektivlərini geniş müzakirə etmişlər. Bu xüsusda, Azərbaycan - Estoniya arasında mövcud olan Ticarət-iqdisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilmişdir. Tərəflər Komissiyanın fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə, onun yeni tərkibinə xüsusi diqqətin verilməsi, Komissiyanın daha geniş olmaqla müxtəlif qurumların nümayəndələrinin təmsil olunmasının vacibliyini vurğulamışlar. Azərbaycan ilə Estoniya arasında ikitərəfli iqdisadi əlaqələrin böyük potensialı sözügedən Komissiyadan səmərəli platforma qismində uğurla istifadəsinə imkan yaradır.

Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmliliyini qeyd edərək, bu səfərlərin ikitərəfli əlaqələrin inkişafına təkan, biznes dairələrə isə impuls verəcəyini bildirmişlər.

Görüşdə Azərbaycanla Estoniya arasında ikitərəfli əlaqələrlə yanaşı çoxtərəfli müstəvidə əməkdaşlıq da müzakirə olunmuşdur.

Görüşün sonunda, Baş nazir Estoniyanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu və iqtisadi əlaqələrin mövcud siyasi əməkdaşlıq səviyyəsinə yüksələcəyinə əminliyini bildirmişdir.

 

Arxiv üzrə axtarış