2023-12-26

Estoniya Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının - Diqqətinə

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Estoniya Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: +372 640 50 50

Elektron poçt ünvanı: tallinn@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı və atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim edilməlidir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.

 

Arxiv üzrə axtarış