2022-12-09

Tallin şəhərində ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarı təşkil olunub.

Azərbaycan məhsulları Beynəlxalq Milad Xeyriyyə Bazarında

Tallin şəhərində ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarı təşkil olunub.

Tədbirdə əsasən Estoniyada akkreditə olunmuş diplomatik nümayəndəliklər iştirak ediblər. Azərbaycanın Estoniyadakı Səfirliyi tədbirdə milli stend ilə təmsil olunub.

Milli stenddə ölkəmizdə “Made in Azerbaijan” brendi ilə istehsal olunan müxtəlif növ şərablar, şirələr, çaylar, eləcə də şirniyyat növləri, suvenirlər və digər mallar nümayiş olunmuş, onların əksəriyyətinin  satışı həyata keçirilmişdir. Satışdan əldə olunan vəsait Estoniyadakı əqli və fiziki cəhətdən qüsurlu uşaqların müalicəsinə yönələn xeyriyyə cəmiyyətinə ianə qismində köçürülmüşdür.

https://azertag.az/xeber/Azerbaycan_mehsullari_Beynelxalq_Milad_Xeyriyye_Bazarinda_VIDEO-2398220

Arxiv üzrə axtarış