2022-11-04

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi tərəfindən Tallin şəhər Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert təşkil olunub.

Estoniyada 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi tərəfindən Tallin şəhər  Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert təşkil olunub.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşdiyini, müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhəri də daxil olmaqla işğal altında qalan ərazilərimizi erməni işğalından azad etdiyini, erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışıb.

Eyni zamanda, səfir A.Məhərrəmov 8 Noyabr - Zəfər Gününün, Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etdiyini və bu önəmli gündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsinin dərin hörmət və ehtiramla anıldığını xüsusilə vurğulayıb.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirin davamı olaraq, Tallində fəaliyyətlərini davam etdirən azərbaycanlı gənc musiqiçilər tərəfindən Zəfər Gününə həsr edilən milli musiqi parçaları ifa edilib. Mərasimin sonunda tədbir iştirakçıları Estoniyada yaşayıb yaradan görkəmli rəssam R.Quliyevin Qarabağı və xüsusilə Şuşanın heyrətamiz təbiətini özündə əks etdirən rəsm əsərləri ilə tanış oldular.

Tədbirdə, Türkiyənin, Qazaxıstanın, Braziliyanın, Şimali Makedoniyanın Estoniyadakı səfirləri Estoniya-Azərbaycan Parlamentlərarası Qrupun sədr müavini Mihail Korb, Türkiyənin və Moldovanın bu ölkədəki səfirliklərinin əməkdaşları, eləcə də Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

https://azertag.az/xeber/Estoniyada_Zefer_Gunu_qeyd_olunub-2362478

Arxiv üzrə axtarış