2022-04-08

Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi

   2022-ci ildə Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyinin təşəbbüsü ilə Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən poçt markaları çap edilmişdir. Üzərində “30 aastat Diplomaatiliste suhete sõlmimisest” yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılmışdır.                                                                                                                                       

       

Arxiv üzrə axtarış