2021-02-19

Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə Qrupunun Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı Xüsusi Bəyanatı

2021-ci ilin 19 fevral tarixində Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat Qrupu tərəfindən Xocalı Soyqırımının 29-ci ildönümü ilə bağlı Xüsusi Bəyanat qəbul edilmişdir.

Bəyanatda deyilir:

“Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat Qrupu Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

 Biz, çox sayda uşaq, qadın və qoca daxil olmaqla, 600-dən çox günahsız dinc sakinin həyatına son qoymuş Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük.

 Biz, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Xocalının işğalı zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən insanlıq əleyhinə cinayətləri qətiyyətlə pisləyirik. Bu kütləvi qətliamın günahkarları məsuliyyətə cəlb olunmalıdırlar.

Biz, Dağlıq Qarabağ bölgəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında bütün hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Biz, davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafına yönələn Azərbaycan Respublikasının səylərini dəstəkləyirik”.

Xüsusi Bəyanatın mətnini Estoniya Parlamentinin aşağıdakı internet səhifəsindən əldə etmək mümkündür:

https://www.riigikogu.ee/fraktsioonide-teated/uhenduste-teated/eesti-aserbaidzaani-parlamendiruhma-avaldus-2/?fbclid=IwAR3V42CoXJhIYxpj0aiyUzLhVmLgcKN69QioD5mcJSMrWNMVUs0h_bMNSEQ

Arxiv üzrə axtarış