2020-09-29

Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat Qrupu tərəfindən 2020-ci ilin 29 sentyabr tarixində Bəyanat qəbul edilmişdir

Bəyanatda deyilir:

“Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat Qrupu çox sayda günahsız insanların həlak olduğu Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin gərginləşməsini dərin narahatçılıqla izləyirik.

Biz, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin tərəfdarıyıq. Biz, regionun bütün dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam dəstəyimizi ifadə etməkdə davam edirik.

Eyni zamanda biz, hazırkı vəziyyətin ciddiliyini nəzərə alaraq, münaqişənin hər iki tərəfini hərbi əməliyyatları dayandırmağa, atəşkəsi bərpa etməyə və ATƏT-in Helsinki Yekun Aktına və onun yerinə yetirilməsi ilə bağlı elementlərə əsaslanan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə yenidən danışıq masasına dönməyə çağırırıq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yeni təkan vermək bütün regionun sabitliyi və inkişafı üçün çox vacib amildir”.

Bəyanatın mətnini Estoniya Parlamentinin aşağıdakı rəsmi internet səhifəsindən əldə etmək mümkündür:

https://www.riigikogu.ee/fraktsioonide-teated/uhenduste-teated/eesti-aserbaidzaani-parlamendiruhma-avaldus/

Arxiv üzrə axtarış