2020-07-20
Bu gün Səfirlikdə Estoniyadakı Azərbaycanın diaspor nümayəndələri ilə görüş keçirilmişdir
Bu gün Səfirlikdə Estoniyadakı Azərbaycanın diaspor nümayəndələri ilə görüş keçirilmişdir. Diaspor nümayəndələri ölkəmizə qarşı Ermənistan tərəfindən həyata keçirilən hərbi təcavüz ilə əlaqədar dövlətimizlə həmrəy olduqlarını ifadə etmiş, Vətənə hər cür köməklik göstərməyə, ölkəmizin müdafiəsinə hər zaman hazır olduqlarını bildirmişlər.
Diaspor nümayəndələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında əzmlə sıx birləşdiklərini vurğulamışlar.