Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə Qrupunun Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı Xüsusi Bəyanatı
26 fevral 2020-ci il tarixində Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə Qrupu Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı Xüsusi Bəyanat qəbul etmişdir.
Bəyanatda deyilir:
“Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupu adından Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Biz, çox sayda uşaq, qadın və qocalar daxil olmaqla, 600-dən çox günahsız dinc sakinin həyatına son qoymuş Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdürürük.
Biz, günahkarları və onların, Xocalı şəhərinin işğalı zamanı, 1992-ci ilin fevral ayının 26-a keçən gecə Azərbaycanın dinc mülki əhalisinə qarşı törətdikləri cinayətkar və amansız əməllərini qətiyyətlə pisləyirik. Bu əməllər insanlığa qarşı cinayətdir. Bu kütləvi qətliamın günahkarları layiqli cəzalarını almalıdırlar.
Dövlətin ərazi bütövlüyünün bərpasına yönəlmiş Azərbaycan Respublikasının səylərini dəstəkləyirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi bütün regionun inkişafı üçün vacib faktordur”.
Xüsusi Bəyanatın mətnini Estoniya Parlamentinin aşağıdakı internet səhifəsindən əldə etmək mümkündür: