Səfir Murad Nəcəfbəyli Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun yeni rəhbəri Sven Sesterlə görüşüb
Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gündəmdə olan məsələlər, son zamanlar ikitərəfli münasibətlərdə müşahidə olunan dinamika, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları və perspektivləri müzakirə olunub.
Səfir M.Nəcəfbəyli Azərbaycan ilə Estoniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılmasının əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, Azərbaycanın və Estoniyanın parlamentləri arasında sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq davam edəcək.
Sven Sester Estoniyanın Azərbaycan ilə münasibətlərə önəm verdiyini bildirərək, Azərbaycan-Estoniya parlamentlərarası işçi qrupu ilə uğurlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb. Bu baxımdan o, parlamentlərarası qruplar, habelə həmin qrupların rəhbərləri arasında görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.