2019-01-20

“Bakıdakı qanlı hadisələr SSRİ-nin dağılması dövrünün ən qəddar hadisələri idi” - Estoniyalı jurnalist

“Bakıdakı qanlı hadisələr SSRİ-nin dağılması dövrünün ən qəddar hadisələri idi” - Estoniyalı jurnalist

Məqalədə, 20 Yanvar hadisələrinin canlı şahidlərindən biri olmuş və onları ətraflı işıqlandırmış Estoniyalı jurnalist Andres Raydın sözügedən faciə barədə xatirələri yer almışdır. 
Jurnalist qeyd etmişdir ki, müstəqillik tələb edən dinc sakinlərin Sovet qoşunları tərəfindən Bakıda öldürülməsi, heç bir əsas olmadan yaşayış binalarının atəşə tutulması SSRİ-nin dağılması dövrünün ən qəddar hadisələridir. Həmin gecə Bakıda yüzlərlə insanın öldürüldüyünü, yaralandığını və həbs edildiyini bildirən jurnalist vurğulamışdır ki, həlak olmuş insanların sayı ilə bağlı rəsmi statistika dəqiq deyildir və faciəvi hadisələr zamanı itkin düşmüş və hələ də tapılmamış insanlar vardır. 
1989-cu ildə Gürcüstanda baş vermiş hadisələri və 20 yanvar faciəsini xatırlayan A.Rayd qeyd etmişdir ki, Bakıya və Tbilisiyə yeridilən əsgərlər heç də Sovet Ordusu əsgərlərinə oxşamamış və onların kim olduğu bugünədək dəqiq deyildir. 
Məqalədə, SSRİ-nin o zamankı rəhbəri Mixayıl Qorbaçova yaxın olan insanlar ilə söhbətlərinə istinad edərək A.Rayd əminliklə bildirmişdir ki, M.Qorbaçov Bakıda baş verən hadisələr barədə çox yaxşı məlumatlı idi.

Arxiv üzrə axtarış