2018-04-17

Səfir Murad Nəcəfbəyli Estoniya parlamentinin vitse prezidenti cənab Kalle Laanet ilə görüşdü

Bu gün Səfir Murad Nəcəfbəyli Estoniya parlamentinin vitse prezidenti cənab Kalle Laanet ilə görüşmüşdür. Görüşdə, həmçinin, Estonia parlamentinin üzvü, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun rəhbəri Denis Borodiç iştirak etmişdir.

Tərəflər Azərbaycan – Estoniya arasında əlaqələrin hazırkı durumu və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparmış, son zamanlar ikitərəfli münasibətlərinin müxtəlif sahələrində müşahidə olunan dinamikanı məmnunluqla qeyd etmişlər.

Arxiv üzrə axtarış