2017-04-07

Estoniya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir

Aprelin 7-də “Azərbaycan Dəmir Yolları” QSC-də Estoniya Respublikasının dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək tranzit potensialının artırılması istiqamətində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin  icra vəziyyətindən danışan C. Qurbanov bildirib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Artıq İran tərəfində 600 metr uzunluğunda dəmir yolu qoyulub. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.

İkitərəfli görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.

Estoniya Respublikasının dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korb çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qonaq bildirib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla bütün əlaqələrin inkişafında maraqlıdır. Estoniya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda ikitərəfli memorandum imzalanıb.

 

 

 

 

Arxiv üzrə axtarış