2017-04-06

Xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan və Estoniya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olundu və Hökumətlərarası Komissiyasının fəaliyyəti yüksək qiymətləndirildi. Ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərimizin inkişafı baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmi vurğulandı.

İki ölkənin nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və tibb sahələrində əməkdaşlığı üçün əlverişli imkanların mövcud olduğu bildirildi. Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edildi.

Arxiv üzrə axtarış