2016-10-06
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xanım Kersti Kalyulaydı Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etmişdir
Hörmətli xanım Kalyulayd,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 oktyabr 2016-cı il.