İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Azərbaycan Respublikası və Estoniya Respublikası
arasındakı ikitərəfli münasibətlərə dair
ARAYIŞ
2022-ci il
Azərbaycan-Estoniya münasibətlərinin yaranması
Azərbaycan Respublikası Estoniya Respublikasının müstəqilliyini 6 dekabr 1991-ci il tarixində tanımışdır. Estoniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 fevral 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 20 aprel 1992-ci ildə qurulmuşdur.
Səfirliklərin fəaliyyəti
Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi təsis edilmişdir.
11 oktyabr 2010-cu il tarixində Tofiq Zülfüqarov iqamətgahı Tallin şəhərində olmaqla, Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli Səfiri təyin edilmişdir.
22 fevral 2005-ci il tarixində ilk dəfə olaraq Estoniya Respublikasının Türkiyə Respublikasındakı səfiri Azərbaycan Respublikasında da akkreditə olunmuşdur.
26 avqust 2014-cü il tarixində Estoniya Respublikası Azərbaycan Respublikasında diplomatik ofisini açmışdır.
03 oktyabr 2019-cu il tarixində xanım Anneli Kolk (Annely Kolk) Estoniya Respublikasının Türkiyə Respublikasında, eyni zamanda Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2021-ci il tarixli Sərəncamına əsasən, Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli Səfiri təyin olunmuşdur (etimadnamə Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulaidə 26.08.2021-ci il tarixində təqdim edilmişdir).
Yüksək Səviyyəli Səfərlər
Prezidentlər
Azərbaycana
- 12-15 yanvar 2009-cu il, Prezident Toomas Hendrik İlves, rəsmi səfər
Estoniyaya
- 6-8 aprel 2010-cu il, Prezident İlham Əliyev, dövlət səfəri
Parlamentin sədri və sədr müavinləri
Azərbaycana
- 18-19 iyun 2007-ci il, sədr müavini K.Oyuland, işgüzar səfər;
- 31 mart – 3 aprel 2008-ci il, sədr müavini K.Oyuland, rəsmi səfər;
- 18-20 iyun 2008-ci il, sədr müavini K.Oyuland, işgüzar səfər;
- 28 iyun – 1 iyul 2012-ci il, sədr E.Erqma, rəsmi səfər;
- 23-24 oktyabr 2018-ci il, sədr müavini Laanet, rəsmi səfər.
Estoniyaya
- 5-6 iyun 2006-cı il, sədr O.Əsədov, işgüzar səfər.
- 6-8 fevral 2022-ci il, sədr S.Qafarova, rəsmi səfər.
Baş nazirlər
Azərbaycana
- 13-14 noyabr 2008-ci il, Baş nazir A.Ansip, işgüzar səfər.
Xarici işlər nazirləri
Azərbaycana
- 14-16 fevral 1996-cı il, nazir S.Kallas;
- 01-03 mart 2000-ci il, nazir, T.H.İlves;
- 12 iyun 2004-cü il, nazir Oyuland;
- 29-30 oktyabr 2007-ci il, nazir Paet;
- 12 iyun 2017-ci il, nazir S.Mikser;
- 01 dekabr 2017-ci il, nazir S.Mikser.
Estoniyaya
- 24-25 aprel 2008, nazir Məmmədyarov
Hökumətlərarası Komissiya
Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası Prezidentinin 1850 saylı 21 noyabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri rəqəmal inkişaf və nəqliyyat naziridir. Hökumətlərarası Komissiyanın Estoniya tərəfindən tərkibi, o cümlədən Komissiyanın həmsədri iclas ərəfəsində müəyyən edilir.
2012-ci ilin 28 iyun tarixində Bakı şəhərində Hökumətlərarası Komissiyasının birinci iclası keçirilmişdir. 2014-cü ilin 29-30 sentyabr tarixlərində Tallin şəhərində Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilmişdir.
2017-ci ilin 7 aprel tarixində Bakı şəhərində Hökumətlərarası Komissiyanın üçüncü iclası keçirilmişdir. Hökumətlərarası Komissiyanın 3-cü iclasında, ticarət, iqtisadiyyat, sənaye, enerji, nəqliyyat, rabitə və yüksək texnologiyalar, maliyyə, gömrük, vergi, kənd təsərrüfatı, ətraf mühit, elm, təhsil, əmək, sosial, mədəniyyət, turizm, idman, Azərbaycan – Avropa İttifaqı məsələləri müzakirə olunmuşdur
Humanitar sahədə əməkdaşlıq
İki ölkə arasında humanitar sahədə əlaqələr intensiv şəkildə davam etməkdədir. Azərbaycanın bir sıra ədiblərinin əsərləri eston dilinə tərcümə edilmişdir. 2018-ci ilin 11 oktyabr tarixində Tallində Azərbaycan Respublikasının və Estoniya Respublikasının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq park salınmışdır.
Siyasi sahədə əlaqələr
Azərbaycan ilə Estoniya arasında siyasi sahədə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə dövlət başçıları, hökumət və parlament rəhbərləri, habelə ölkələrin digər rəsmiləri səviyyəsində mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Parlamentlərarası əlaqələr
İki ölkə arasında parlamentlərarası əlaqələr müsbət dinamika ilə inkişaf edir. 7 sentyabr 2021-ci il tarixində Vyana şəhərində Parlament Spikerlərinin 5-ci Dünya Konfransı çərçivəsində AR Milli Məclisinin sədri Sahibə Qafarova ilə Estoniya Parlamentinin (Riigikoqu) prezidenti Yüri Ratas arasında Vyanada görüş keçirilmişdir. 30 oktyabr – 4 noyabr 2021-ci il tarixlərində Estoniya-Azərbaycan Parlamentlərarası Qrupun sədri Sven Sesterin başçılıq ediyi nümayəndə heyəti Azərbaycanda səfəri olmuşdur. Səfər çərçivəsində, nümayəndə heyəti, AR Milli Məclisinin Sədri xanım Sahibə Qafarova, Xarici İşlər Naziri cənab Ceyhun Bayramov, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev, Azərbaycan-Estoniya Parlamentlərarası Qrupun rəhbəri xanım Jalə Əhmədova, Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri cənab Rəhman Hacıyev ilə müvafiq görüşlər keçirmiş, eləcə də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın 6-8 fevral 2022-ci il tarixlərində Estoniyaya rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı xanım Sahibə Qafarova Estoniya Parlamentinin (Riigikoqu) prezidenti Yüri Ratas, Estoniyanın xarici işlər naziri xanım Eva-Maria Liimets və Estoniyanın Prezidenti Alar Karis ilə görüşlər keçirmiş, eləcə də Tallin şəhərindəki Elektron Estoniya Brifinq Mərkəzində olmuşdur.
Estoniya Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş sənədlər
Estoniya Parlamentinin (Riigikogu) Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupu, 2017-ci ildən etibarən ənənəvi olaraq Xocalı soyqırımının ildönümü ilə bağlı xüsusi bəyanat qəbul edir. Sözügedən Xüsusi Bəyanat, Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun hər bir üzvü ilə razılaşdırılmaqla qəbul olunur. 22 fevral 2022-ci il tarixində Estoniya Parlamentinin (Riigikogu) Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat Qrupu tərəfindən Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Bəyanat qəbul edilmiş və Parlamentin rəsmi internet səhifəsində eston, ingilis və rus dillərində dərc olunmuşdur.
Bəyanatda Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqının dərdi ilə bölüşülür və dərin hüznlə başsağlığı verilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalının işğalı zamanı 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın öldürüldüyü qətiyyətlə pislənilir və bu kütləvi qətliamı törədən cinayətkarların məsuliyyətə cəlb olunmaları tələb olunur. Regionda hər bir dövlətin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı hüququ olduğu vurğulanaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında, dayanıqlı sülhün təmin olunmasında göstərdiyi səylərə dəstək ifadə olunur.
İqtisadi sahədə əlaqələr
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin ilk 11 ayında iki ölkə arasında ticarət dövriyyəsi 5.51 milyon ABŞ dolları təşkil etmişdir.
Azərbaycanın Estoniya ilə 2015-2021-ci illər üzrə ticarət dövriyyəsi
(ABŞ dolları)
Tarix |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
2016 |
2,424.1 |
660.7 |
3,084 |
2017 |
2,526.6 |
700.0 |
3,226.6 |
2018 |
3,740.1 |
1,314.5 |
5,054.6 |
2019 |
2,225.6 |
1,749.8 |
3,975.4 |
2020 |
3,25 |
1,59 |
4,84 |
2021-ci ilin 11 ayı |
3.94 |
1.57 |
5.51 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Azərbaycandan Estoniyaya ixrac: Qara metallar (əsasən poladdan yarımfabrikatlar), nar şirəsi, spirtli və spirtsiz içkilər, poladdan borular, meyvə və tərəvəzlər, reaktiv kerosin yanacağı, qazoyllar.
Azərbaycana Estoniyadan idxal: Avadanlıq və mexaniki qurğular (əsasən kranlar), elektrik avadanlıqları və hissələri (əsasən mobil telefonlar), iribuynuzlu heyvanlar (düyələr), souslar və ədviyyatlar, torf, kimyəvi toxuculuq materiallarından torlar, düd və süd məhsulları, əczaçılıq məhsulları, optik, tibbi, fotoqrafik və dəqiq cihazlarlar, balıq və xərçəngkimilər, mebel və hissələri, dəmiryol lokomotivləri, kağız, karton və onlardan məmulatlar, digər kimya sənayesi məhsulları, plastiklər, alüminium və ondan məmulatlar, cemlər, meyvə jelesi və marmeladlar, taxta-şalban (əsasən iynəyarpaqlı ağaclardan), yüngül distilyatlar.
Biznes forumlar
Son illər ərzində həm Bakıda, həm də Tallin şəhərində biznes forumlar keçirilmişdir. Sonuncu belə forum 2018-ci ilin oktyabr ayında Bakıda keçirilmişdir.
Təhsil və elm sahəsində əlaqələr
2016-cı ilin 27-28 oktyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin başçiliq etdiyi nümayəndə heyəti Estoniya Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası və Estoniya Elmlər Akademiyası arasında elmi əməkdaşlıq üzrə saziş imzalanmışdır. Hazırda, Estoniyanın ali təhsil ocaqlarında 199 Azərbaycanlı tələbə təhsil alır.
Müqavilə-hüquq bazası
İmzalanmış
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Estoniya Respublikası Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Saziş. Bakı, 17 may 1994;
- Birgə Bəyanat. Bakı, 15 fevral 1996;
- Azərbaycan Respublikası xarici işlər naziri ilə Estoniya Respublikası xarici işlər naziri arasında Birgə Bəyanat, Bakı, 2 mart 2000;
- Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Saziş. Bakı, 2 mart 2000;
- Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 2 mart 2000;
- Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın Protokolu. Bakı, 30 oktyabr 2007;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Estoniya Respublikası Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Tallin, 5 dekabr 2007;
- Azərbaycan Respublikası Prezidenti və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 13 yanvar 2009;
- Azərbaycan Respublikası Vergilər Nazirliyi və Estoniya Vergi və Gömrük Şurası arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum. Bakı, 27 aprel 2009;
- Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş. Nyu-York, 23 sentyabr 2009;
- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Estoniya Respublikasının Sərhəd Mühafizəsi İdarəsi arasında əməkdaşlığa dair Saziş. Tallin, 29 dekabr 2009
- Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Tallin, 7 aprel 2010.
- Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Tallin, 7 aprel 2010;
- Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş. Tallin, 7 aprel 2010;
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş. Tallin, 7 aprel 2010;
- Azərbaycan Milli Kitabxanası və Estoniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum. Tallin, 8 iyun 2010-cu il;
- Bakı Dövlət Universiteti və Tartu Universiteti arasında Anlaşma Memorandum. Bakı, 4 noyabr 2013;
- Azərbaycan Milli Elmlər Akademiyası və Estoniya Elmlər Akademiyası arasında elmi əməkdaşlıq üzrə Saziş. Tallin, 27 oktyabr 2016;
- Azərbaycan Respublikasının və Estoniya Respublikasının poçt xidmətləri (“Azərpoçt” və “Omniva”) arasında tranzit poçt daşımaları haqqında Saziş. Bakı, fevral 2017-ci il;
- “Azərbaycan Dəmir Yolları” QSC, Estoniya dəmir yolları “EVR Cargo” SC və Estoniyanın “Paldiski Limanı” SC arasında əməkdaşlıq haqqında Memorandum. Bakı, 7 aprel 2017;
- Azərbaycan Respublikası Hesablama Palatası ilə Estoniya Auditorlar Assosiasiyası arasında Anlaşma Memorandumu, 22 sentyabr 2017.
- "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Estoniya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", 5 oktyabr 2021.