2020-08-21

Ələt Azad İqtisadi Zonası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 may 2020-ci il tarixində imzalanmış fərmanla Ələt Azad İqtisadi Zonası - Xəzər dənizi sahilindəki Ələt qəsəbəsində yerləşən ticarət və logistika mərkəzi yaradılmışdır. Yeni yaradılmış azad iqtisadi zonanın ərazisi Ələt qəsəbəsinin bir hissəsi olan paytaxt Bakıdan 65 kilometr cənubda Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqları əhatə edir. Ələt qəsəbəsindəki ən böyük Xəzər limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonasının istifadəsi üçün ayrılmış ərazilərə daxil edilmişdir.

Ələt Azad İqtisadi Zonası ilə bağlı daha ətraflı məlumatı www.afez.az saytından əldə etmək mümkündür.

Arxiv üzrə axtarış