2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı viza məlumatı

2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir.

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən sənəd;
  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
  3. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.      

 

Arxiv üzrə axtarış