2020-03-16

ESTONİYA RESPUBLIKASINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DİQQƏTİNƏ!

Koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı Estoniya Respublikası ərazisində 2020-ci ilin 12 mart tarixindən 01 may tarixinə qədər fövqəladə vəziyyətin elan edildiyini nəzərə alaraq,

Estoniyada yaşayan, təhsil alan və ya müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ cavablandırılması məqsədilə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin aşağıdakı “Qaynar xətt” nömrələri ilə əlaqə saxlamaq mümkündür:

+372 6405050
+372 53606698

Eyni zamanda, yaranmış fövqəladə vəziyyətdə vətəndaşlarımızın operativ qaydada məlumatlandırılması məqsədilə Estoniyada daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində aşağıdakı elektron poçt və ya telefon nömrələri vasitəsilə konsulluq qeydiyyatına düşmələri tövsiyyə olunur.

tallinn@mission.mfa.gov.az

+372 6405050 
+372 53606698

Konsulluq qeydiyyatına düşmək üçün tələb olunan sənəldərin siyahısı ilə aşağıdakı internet səhifədən tanış olmaq olar:
http://tallinn.mfa.gov.az/az/content/41

Search in archive