WUF13 İŞTİRAKÇILARI ÜÇÜN ÖDƏNİŞSİZ XÜSUSİ VİZA
Azərbaycan Respublikası Hökuməti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmiş iştirakçılar üçün ödənişsiz WUF13 xüsusi vizasını təqdim edəcək.
WUF13 tədbirinə qeydiyyat uğurla tamamlandıqdan sonra iştirakçılar həm UN-Habitat tərəfindən qeydiyyatın təsdiqi üzrə göndərilən elektron məktubda əks olunan xüsusi elektron viza keçidi, həm də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə WUF13 xüsusi vizası üçün müraciət edə bilərlər.
Ətraflı məlumat: https://wuf13.az/az/ishtirakci-ucun-melumat/viza-melumati/
WUF13 viza dəstəyi masası (24/7): visasupport@wuf13.az | +994 55 125 4012