news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 fevral 2022

Parlament nümayəndə heyəti Estoniya Brifinq Mərkəzində olub

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfəri çərçivəsində Tallində Elektron Estoniya Brifinq Mərkəzində olub.

Azərbaycan nümayəndə heyətinə Estoniya Brifinq Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, 2009-cu ildə Qeyri Hökumət Təşkilatı kimi yaradılmış e-Estoniya bu gün Estoniya Biznes və İnnovasiyalar Agentliyinin bir hissəsidir. Brifinq Mərkəzi ölkənin rəqəmsal xidmətlər sahəsində təcrübəsinin təşviqində  mühüm rol oynayır.

Milli Məclisin nümayəndə heyəti Brifinq Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti