news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 dekabr 2024

Estoniya parlamentinin üzvləri təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı veriblər

Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri dekabrın 25-də baş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı veriblər.

Deputatların bununla bağlı yaydıqları bəyanatda deyilir: “Biz Azərbaycan xalqı ilə həmrəyik, həlak olanların qohumlarına və yaxınlarına başsağlığı veririk. Biz qəzanın səbəblərini aydınlaşdırmaq üçün təcili təhqiqatın aparılmasının tərəfdarıyıq”.

Qeyd edək ki, qrupa Riina Solman (sədr), Mariya Yufereva-Skuratovski (sədr müavini), Yaak Aab, Vadim Belobrovtsev, Zuleyxa İzmailova, Aleksey Evqrafov, Ester Karuse, Toomas Kivimaqi, Ayvar Kokk, Anastasiya Kovalenko-Kılvart, Lauri Laats, Andres Metsoya, Eduard Odinets, Helyo Piekhof, Yuku-Kalle, Urmas Reynsalu, Ayvar Sıerd və Hendrik Yoxannes Terras daxildir.

Keçid: https://www.riigikogu.ee/pressiteated/eesti-aserbaidzaani-parlamendiruhm-valjendab-kaastunnet-seoses-25-detsembril-toimunud-lennuonnetusega/?fbclid=IwY2xjawJBHIpleHRuA2FlbQIxMAABHWWj55Ks4Nw6upsQ6x0nP5bjJgh9xTF5rzvwQLdifdjOfL8x3PKZnBKTNw_aem_8q_HBsPA5oircnHTe-vxAQ

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti