news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 fevral 2022

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib.

“Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalını qınayırıq. Bu işğal zamanı 600-dən çox günahsız dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca qətlə yetirilib. Bu kütləvi qətliamın səbəbkarları ədalət qarşısında cavab verməlidirlər.

Biz inanırıq ki, regionun bütün ölkələrinin suverenlik, ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var.

Biz bütün tərəflərə regionun inkişafında uğurlar arzulayırıq və müxtəlif icmalar arasında sıx əməkdaşlığa çağırırıq. Biz Azərbaycan Respublikasının azad edilmiş ərazilərdə davamlı sülh, inteqrasiya və inkişaf istiqamətində səylərini dəstəklədiyimizi bildiririk”, - deyə bəyanatda qeyd olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti