news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 yanvar 2025

Elektron Növbə Portalı ilə əlaqədar ELAN

Elektron növbə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin konsulluq bölməsində göstərilən xidmətlərlə əlaqədar əvvəlcədən növbə təyin edilməsi üçün elektron vasitədir.

Bu xidmətdən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.

Müraciətçilər https://appointment.mfa.gov.az/az internet səhifəsinə daxil olaraq elektron növbə götürə bilərlər.

Elektron növbənin əldə edilməsi ödənişsiz əsaslarla həyata keçirilir.

Elektron növbə üçün müraciət edilən xidmət və tələb olunan sənədlər haqqında daha geniş məlumatı Səfirliyin internet səhifəsindən əldə etmək mümkündür. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti