news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 sentyabr 2025

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə görüşmüşdür.

24 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə görüşmüşdür.

Nazirlər siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə Azərbaycan-Estoniya dialoqunun genişləndirilməsinin vacibliyini vurğuladılar və ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını qeyd etdilər.

Nazir Bayramov Azərbaycanın regional sülhməramlı səyləri, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesi və Vaşinqton Sammitinin nəticələri barədə məlumat verib.

Hər iki tərəf, BMT və digər beynəlxalq platformalar daxil olmaqla, ikitərəfli və çoxtərəfli çərçivələr daxilində əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti