news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 oktyabr 2016

24-27 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyəti Estoniyaya səfər edəcəkdir

24-27 oktyabr tarixlərində Avropa Komissiyasının TAIEX layihəsi çərçivəsində Estoniyanın Təhsil və Tədqiqatlar Nazirliyi ilə əməkdaşlıqda təşkil olunan təlim səfəri zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Estoniyanın peşə təhsili sistemi ilə, habelə bu sahədə Estoniyanın Təhsil və Tədqiqatlar Nazirliyinin, Estoniya Attestasiya İdarəsinin (Kutsekoda), Estoniya Ali və Peşə Təhsilin Keyfiyyətinin təmin edilməsi Agentliyinin (EKKA) və “İnnove” Fondunun rolu və fəaliyyəti ilə tanış olacaqdır.  

İştirakçılar peşə hazırlığı standartlarının inkişaf etdirilməsi və bu standartların təhsil proqramlarında istifadə edilməsi ilə bağlı ətraflı məlumatların əldə edilməsi üçün ixtisas şuraları, universitetlər, peşə təhsili müəssisələrinə baş çəkəcəklər.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti