11 may və 27-29 may tarixlərində qeyri-iş günləri barədə Elan
Azərbaycan Respublikasında 9 May – Faşizm üzərində Qələbə Günü, Qurban bayramı və Müstəqillik Günü münasibətilə 11 may və 27-29 may tarixləri qeyri-iş günləri elan edilmişdir.
Bununla əlaqədar olaraq qeyd olunan tarixlərdə Səfirliyin konsulluq bölməsi fəaliyyət göstərməyəcəkdir. Qeyri-iş günləri ərzində təxirəsalınmaz konsulluq xidmətləri ilə bağlı müraciətlər olduğu təqdirdə Səfirliyin qaynar xətti +372 640 50 50 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.