2020-05-28
Tallin şəhəri Azərbaycanın dövlət bayramı 28 may – Respublika Gününün 102-ci ildönümünü qeyd edir

Azərbaycan Respublikasının qurulmasının 102-ci ildönümü münasibətilə Estoniyanın paytaxtı Tallin şəhərinin əsas meydanı - Azadlıq Meydanı (Vabaduse väljak) dövlət bayrağımızın rənglərinə boyanmışdır.

Tallin şəhər Meriyasının dəstəyi ilə Azadlıq Meydanının fənərləri Azərbaycan bayrağının rənglərində işıqlandırılmışdır.

Vurğulanmalıdır ki, 2019-cü ildən etibarən Tallin şəhərinin Azadlıq Meydanının 28 May – Respublika Günündə Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənəyə çevrilir.

növbəti xəbər əvvəlki xəbər