Birdəfəlik viza

 

Tələb olunan sənədlər

1.   Anket- forması

 Xahiş edirik nəzərə alasınız:

          Anket-formasını doldurmaq üçün:

  • http://eapplication.mfa.gov.az/visa/#/ saytına daxil olun;
  • “Qeydiyyat” səhifəsində qeydiyyatdan keçin;
  • “Anket-formasını” doldurun;
  • “Anket-formasını” göndərin;
  • Elektron poçtunuza daxil olmuş tamamlanmış anket-formasını çap edin və özünüzlə Səfirliyə gətirin;
  • Anket forması həmçinin, Səfirlikdə şəxsən doldurula bilər (Viza Anket-forması)
  • Anket forması doldurulmalı, imzalanmalı və şəxsən Səfirliyə təqdim edilməlidir;
  • Birdəfəlik vizalara 5-15 iş günü ərzində baxılır və rəsmiləşdirilir.

2. Pasport (digər səyahət sənədləri)

Xahiş edirik nəzərə alasınız:

  • Pasport və ya digər səyahət sənədində ən azı bir istifadə edilməmiş səhifə  olmalıdır.
  • Səyahət sənədi daşıyıcıları etibarlılıq müddəti bitməmiş daimi yaşayış sənədini təqdim etməlidirlər. 
  • Pasportun etibarlıq müddəti Azərbaycan Respublikasından qeriyyə dönmə tarixindən minimum üç ay müddətdən az olmamalıdır.

3. Dəvət məktubu

Xahiş edirik nəzərə alasınız:

 

  • Işgüzar səfər:  Azərbaycan Respublikasında qeydiyyatda olan şirkətin/təşkilatın dəvət məktubu.(qeydiyyatı təsdiq edən sənədin surəti).
  • Şəxsi  səfər: Azərbaycan vətandaşının və yaxud hazırda Azərbaycanda yaşayan xarici vətəndaşın dəvət məktubu və onun şəxsiyyətini təsdiq edən  sənədin surəti (nümunəyə bax).
  • Turizm məqsədi ilə səfər: aviabiletlərin surətləri və  mehmanxana rezervasiyasının surəti (tətbiq olunduğu təqdirdə).

4. Bir ədəd pasport ölçülü foto

 Xahiş edirik nəzərə alasınız:

  • Rəngli tam üzü əks etdirən son 6 ay ərzində çəkilmiş foto-şəkil.

Mühüm qeyd:

 Viza rüsumu Avropa İttifaqı (Aİ) vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişə uyğun tətbiq edilir (bu Sazişlə Böyük Britaniya, İrlandiya, İslandiya, Danimarka, Norveç, İsveçrə və Lixtenşteynə münasibətdə tətbiq edilmir). (Saziş mətni).

  • bütün lazımi sənədlər şəxsən təqdim edilməlidir;
  • elektron anket-formasının göndərilməsi – bütün lazımi sənədlərin şəxsən təqdim edilməsini istisna etmir;
  • viza üçün müraciət edən şəxslərdən yalnız Konsulluq şöbəsinə sənədləri təqdim etdikdən sonra viza rüsumunu Səfirliyin bank hesabına köçürmələri xahiş olunur;
  • “Dövlət rüsumları” haqqında Qanunun 5-ci maddəsinə uyğun olaraq, viza rüsumunun məbləği artıq ödənildiyi və ya düzgün tutulmadığı təqdirdə, ödəyici bu pulun geri qaytarılması üçün yazılı şəkildə müraciət edə bilər. Vəsait 45 gün ərzində geri qaytarılacaqdır;
  • Viza müraciətinə rədd cavab verildikdə, viza rüsumu geri qaytarılmır;
  • Azərbaycana səyahət edən şəxslər 15 gündən artıq müddətdə ölkədə olduqları təqdirdə, Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər (www.migration.gov.az)

 

 

Arxiv üzrə axtarış