2016-11-23
“Azərbaycan Dəmir Yolları» QSC rəhbəri Cavid Qurbanov və “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin rəhbəri Raul Toomsalu arasında görüş keçirilmişdir

23 noyabr tarixində  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (LTD) sədri Cavid Qurbanov və “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu arasında  görüş keçirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov dəmir yolunda reallaşdırılan layihələr, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə Estoniya və Azərbaycan dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub. “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri R. Toomsalu “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib, tranzit yük daşımaları  sahəsində gələcək əməkdaşlığın konturları haqqında məlumat verib.

növbəti xəbər əvvəlki xəbər