2016-11-16
22- 26 noyabr tarixlərində Estoniya nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Estoniya Maliyyə Nazirliyinin Vergi və Gömrük Departamentinin rəhbəri Marek Helm, Estoniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun üzvü Denis Borodiç, Estoniya Dəmiryolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu, “Estoniya Poçtu” QSC-nın sədri Aavo Karmas və Paldiski şəhərinin Şimal Ticarət Dəniz Limanının rəhbəri Aleksandr Kovalyovdan ibarət nümayəndə heyəti cari ilin 22-26 noyabr tarixlərində ölkəmizdə səfərdə olacaqdır.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisində, Vergilər və Rabitə və Yüksək Texnologiyalar  nazirliklərində, Dövlət Gömrük Komitəsində, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “AzərPoçt” MMC-də görüşlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda nümayəndə heyətinin üzvləri 24-25 noyabr tarixlərində Bakıda keçiriləcək “Strateji Tərəfdaşlıq 1520: Xəzər Regionu” adlı Beynəlxalq Dəmiryolu Biznes Forumunun işində də iştirak edəcəklər.

 

növbəti xəbər əvvəlki xəbər