Səfir (CV)

TƏRCÜMEYİ-HALI

Dr. Murad N. Nəcəfbəyli (05.06.1972)

Azərbaycan Respublikasının Estoniya Respublikasında

Fövqəladə və Səlahiyyətli Səfiri

 
 

 

TƏHSİLİ

Azərbaycan Memarlıq və İnşaat Universiteti (1989-1994)

İqtisadiyyat Fakültəsi

Fərqlənmə Diplomu

İxtisas: İqtisadiyyatçı

 

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası (1994-1996)

İxtisas: Beynəlxalq münasibətlər üzrə mütəxəssis

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (1996-1999)

Beynəlxalq Münasibətlər Kafedrası

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Rusiya Dövlət Sosial Universiteti (2005-2008)

Hüquq Fakültəsi

Fərqlənmə Diplomu

İxtisas: Hüquqşunas

 

PEŞƏKAR FƏALİYYƏTİ

M.Nəcəfbəyli 1994-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sistemində çalışmaqdadır. O, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Asiya, Afrika və Latın Amerikası Ölkələri İdarəsinin attaşesi, Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin III Katibi, II Katibi və daha sonra şöbə müdirinin vəzifələrini icra edən təyin edilmişdir.

2001-ci ilin iyul ayında Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin I Katibi, daha sonra Müşaviri təyin olunmuşdur.

2001-ci ilin oktyabr ayından 2004-cü ilin iyun ayına qədər Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyin Müvəqqəti İşlər Vəkili vəzifəsində işləmişdir.

2004-cü ilin avqust ayında uzunmüddətli ezamiyyəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin rəisi vəzifəsi həvalə etməklə, İdarə rəisinin müavini vəzifəsinə təyin olmuşdur.

2005-ci ilin yanvar ayında Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

2010-cu ilin yanvar ayında M.Nəcəfbəyliyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir.

2010-cu ilin yanvar ayından 2012-ci ilin aprel ayına qədər M.Nəcəfbəyli Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri işləmişdir.

2010-cu ilin yanvar ayından 2012-ci ilin iyul ayına qədər M.Nəcəfbəyli Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri işləmişdir.

2010-cu ilin yanvar ayından 2015-ci ilin noyabr ayına qədər M.Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi və Fövqəladə və Səlahiyyətli Səfiri işləmişdir.

2016-cı ilin yanvar ayından etibarən M.Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiridir.

BEYNƏLXALQ TƏŞKİLATLARDA SEÇKİLƏR

28 oktyabr 2010  –  “İşgəncə və digər qəddar, qeyri-insani və yaxud insan ləyaqətini alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”ya Əlavə Protokolun  tərəf-dövlətlərinin 3-cü iclasının Sədri;

2010-2011 – BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Ticarət və İnkişaf Şurasının Vitse-prezidenti;

2010-2014 – BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Məşvərətçi Şurasının üzvü;

2014-2015 – BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Ticarət və İnkişaf Şurasının Vitse-prezidenti.

XARİCİ DİLLƏR

İngilis, rus, türk, fransız.

 

NƏŞRLƏR

Bir sıra ölkələrdə nəşr olunmuş elmi məqalələrin müəllifi.